Narkotik qaçaqmalçılarına uzunmüddətli həbs cəzası
Özbəkistan və Pakistan vətəndaşlarından ibarət dəstə üzvləri arasında qadın da var
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Pakistan və Özbəkistan vətəndaşlarından ibarət mütəşəkkil dəstənin 4 üzvünə hökm oxunub.
Lent.az-ın müxbirinin verdiyi məlumata görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Özbəkistan vətəndaşı Mastura Urak qızı Xodjayevaya 12 il, Pakistan vətəndaşları Ali Johar Baxtiyar oğlu, Navaz Muhammad Raham oğlu və Rahim Sajid Gul oğlunun hər birinə 15 il olmaqla azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin (HNBGİ) əməkdaşları tərəfindən 6024 saylı “Bakı-Urumçi” aviareysi ilə uçmaq istəyən Mastura Xodjayevaya məxsus çemodandan çəkisi 3,295 kq olan heroin aşkarlanıb. Əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 31 ünvanında yerləşən “Cənub” mehmanxanasında, Pakistan Respublikası vətəndaşları Ali Johar və Navaz Muhammadin yaşadıqları 314-cü otaqdakı 1 ədəd qara rəngli çemodanın içərisindən eyni üsulla qablaşdırılmış bağlamada çəkisi 3,330 kq və həmin mehmanxanada Pakistan vətəndaşı Rahim Sajidin yaşadığı 405-ci otaqdakı 2 ədəd qara və boz rəngli çemodanın içərisindən yenə də eyni üsulla qablaşdırılmış çəkisi 8 kiloqram 565 qram narkotik vasitə - heroin aşkarlanaraq götürülüb.
Onlar Azərbaycan Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunublar.
Fərid

421