Bakı avtovağzalındakı bədbəxt hadisə ölümlə nəticələndi
23 oktyabr 2009 12:02 (UTC +04:00)

Bakı avtovağzalındakı bədbəxt hadisə ölümlə nəticələndi

3 nəfər bədbəxt hadisə nəticəsində ölüb.


Oktyabrın 12-də Qusar rayonunun Qalacuq kənd sakini Ramil Muradəliyev evinin damından yıxılıb. Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Muradəliyev oktyabrın 22-də orada ölüb.


Sentyabrın 18-də Bakı Beynəlxalq Şəhərlərarası Avtovağzalda Balakən rayon sakini Bəşir Qocayev yıxılaraq xəsarət alıb. Xəstəxanaya çatdırılan yaralı oktyabrın 22-də orada keçinib.


Oktyabrın 22-də isə Nizami rayonunun Keşlə qəsəbə sakini Fikrət Muradov həyətinin hasarından yıxılaraq ölüb. Hər üç fakt araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 505

Oxşar yazılar