Şəkidə ağ geyimli, maskalı naməlum şəxs peyda olub
Sakinlər qorxu içərisindədirlər
Azərbaycanın Şəki rayonunun kəndlərində naməlum şəxs peyda olub.
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayonun Baş Zəyzid və Vərəzət kənd sakinləri məlumat verib. Məlumata görə, artıq iki aya yaxındır ki, rayonun Baş Zəyzid və Vərəzət kəndlərində şər qarışandan sonra ağ geyimli, uca boylu və üzünə maska geyindiyi güman edilən naməlum şəxs peyda olur.
Ağ geyimli naməlum şəxs gecə saatlarında kənd sakinlərinin yaşadığı həyətlərə girir, müəyyən cihazlarla evlərə işıq salır. Oktyabrın 9-da ağ geyimli naməlum şəxs Vərəzət kənd sakini Həqiqət Hüseynovanın, ötən gecə isə Əvvəl Namazovun həyətinə daxil olub.
Sakinlərin sözünə görə, gecə saatlarında naməlum şəxsi həyətində görən Həqiqət Hüseynovanın səhhətində problemlər yaranıb. Sakinlər ağ geyimli naməlum şəxsi tutmaq üçün dəfələrlə səy göstərsələr də, buna nail ola bilməyiblər. Artıq iki aya yaxındır Baş Zəyzid və Vərəzət kənd sakinləri gecə saatlarında yaşadıqları evin həyətinə düşməyə çəkinirlər. Naməlum şəxs barədə artıq Şəki rayon Polis Şöbəsinə məlumat verilib.
Şəki rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, artıq bu barədə məlumatları var.

434