Qətl törədən mollaya hökm oxundu
Goranboy sakini 8 il həbsə məhkum edilib
Oktyabrın 16-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə adam öldürməkdə ittiham olunan Goranboy sakininin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Rəvan Qurbanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə və ya digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, 2009-cu il iyunun 12-də Goranboy rayon sakini Rəvan Qurbanovla həmyerlisi Əlizamin Mehdiyev arasında münaqişə baş verib.
Aralarında olan münaqişənin səbəbi kimi R.Qurbanovun Ə.Mehdiyevə 500 manat borclu olması göstərilir. Ə.Mehdiyev pulunu tələb edib. R.Qurbanov isə pulunun olmadığını bildirib. Bundan sonra aralarında dava düşüb. R.Qurbanov cibindəki bıçaqla Ə. Mehdiyevi qətlə yetirib.
Fərid Əkbərov

524