MÖCÜZƏ: Körpənin bədənində Quran ayələri
Ruhani İdarəsi heyrət içindədir
Dağıstanda dünyaya gəlmiş körpənin bədənində mütəmadi olaraq Quran ayələri peyda olur.
APA-nın məlumatına görə, Quran ayələri peyda olan zaman körpənin hərarəti 40 dərəcəyə kimi artır. Əli adı verilən körpə Kizlyar rayonunun Krasno-Oktyabrsk kəndində Yaqubovlar ailəsində dünyaya gəlib.
Uşağın anası Mədinə Yaqubova körpə doğulduqdan sonra onun çənəsində qançır əmələ gəldiyini bildirib: “Sonra qançır çəkilməyə başladı və onun yerində ərəb dilində “Allah” sözü yazıldığını gördük. Uşağın bədənində Quran ayələri adətən bazar ertəsi və cümə günləri peyda olur, bu zaman onun hərarəti 40 dərəcəyə qalxır, körpə dayanmadan ağlayır. Yazılar bədəndə üç gün qalır, sonra isə tədricən yoxa çıxır və yerində yeni ayələr peyda olur”.
Valideynlərin sözlərinə görə, onlar ilk əvvəl bu möcüzə barədə susmaq qərarına gəliblər, lakin uşağın bədənində ərəbcə “mənim işarələrini insanlara göstər” sözləri yazıldıqdan sonra onlar bu faktı açıqlamaq qərarına gəliblər. Əli Yaqubov ailədə ikinci uşaqdır, valideynləri ilk uşaqlarında belə halların müşahidə olunmadığını bildiriblər. Dağıstan Müsəlmanları Ruhani İdarəsinin nümayəndəsi bu faktı şərh etməyib, o yalnız bildirib ki, baş verən hadisə hamı kimi onları da heyrətə salıb.
Əli Yaqubovun dünyaya gəlişi də qeyri-adi hadisələrlə müşayiət olunub. Saqid Murtuzəliyev xeyriyyə fondunun sədri Əhmədpaşa Əmirəliyevin sözlərinə görə, qadın hamiləlik dövründə həkimlərə bətnindəki körpənin durmadan ağladığından şikayətlənib: “Bir müddət sonra həkimlər özləri də şahid oldular ki, doğulmamış körpə bətndə ağlayır. Doğuşu qəbul edən ginekoloq isə körpənin dərisinin şəffaf rəngdə olmasından heyrətə gəlib. Onun sözlərinə görə, dəri o qədər şəffaf imiş ki, uşağın bütün daxili orqanları görünürmüş”.
Hələ o zaman həkimlər Yaqubovlar ailəsini körpənin 2-3 gün yaşayacağı barədə xəbərdarlıq ediblər. Lakin həkimlərin proqnozlarına rəğmən körpə sağ qalıb və hazırda doqquz aylıqdır.

642