Narkotik qaçaqmalçısı olan 5 iranlı məhkəmə qarşısında
Onlar Azərbaycana 50 kq narkotik gətiriblər
Oktyabrın 15-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan 5 İran vətəndaşının məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttiham aktına əsasən, 2009-cu il iyunun 16-da İran vətəndaşları Zahid Heydəri, Davud Cəmşidi, Raxyatyalyab Noxadani Məhin, Leylestani Zəhra Hacızadə və Nüstrətəbad Vəhdət Nəzəri İrandan Azərbaycana gizli yolla külli miqdarda narkotik maddə keçiriblər.
Lənkəran Şəhər Narkotiklərə qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həmin şəxslərin üzərindən narkotik maddə olan 50 kiloqram həşiş aşkar olunaraq götürülüb.
Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.4.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 234.4.3-cü (külli miqdarda törədildikdə) və 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunurlar.
Fərid Əkbərov

Oxşar yazılar

Xaçmazda yük maşını hasara çırpıldı, sürücü öldü
15 iyul 2025 , 02:14
Şəmkirdə maşın piyadanı vurub öldürdü
15 iyul 2025 , 00:39
Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən tutulan İŞİD-çi məhkəmədə ifadə verdi
14 iyul 2025 , 19:25