Azərbaycan – Rusiya matçında 70-dək oturacaq sındırılıb
Tofiq Bəhramov adına Respublika stadionunun direktoru: “Azarkeşlər arasında toqquşma daha ciddi nəticələrə gətirib çıxara bilərdi”
Oktyabrın 14-də Azərbaycan və Rusiya milli komandaları arasında keçirilmiş 2010-cu il dünya çempionatının seçmə qrup matçında azarkeşlər arasında baş verən toqquşmada 70-dək plastik oturacaq sındırılıb. Bu haqda Lent.az-a stadionun direktoru Akif İsmayılov məlumat verib.
Onun sözlərinə görə, təhlükəsizlik xidməti əməkdaşlarının vaxtında müdaxiləsi olmasaydı, rus və azərbaycanlı azarkeşlər arasında dava daha ciddi nəticələrə gətirib çıxara bilərdi. A.İsmayılov insidentin aradan qaldırılmasına Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Cavanşir Məmmədov və Bakı şəhər Baş Polis İdarəsinin rəisi Yaşar Əliyev birbaşa nəzarət edib. Hadisə yerinə dərhal gənclər və idman naziri Azad Rəhimovla AFFA-nın baş katibi Elxan Məmmədov da yollanıb.
A.İsmayılov münaqişənin rusiyalı fanatların günahı üzündən baş verdiyini də vurğulayıb. O, bildirib ki, məhz rusların qonşuluqdakı tribunada olan azərbaycanlı azarkeşlər üzərinə petarda atmasından sonra toqquşma baş verib. Stadion direktoru baş verənlərə görə, FİFA tərəfindən AFFA-ya hər hansı cəzanın verilməsini gözləmədiyi də vurğulayıb.
Qeyd edək ki, Azərbaycan – Rusiya matçı 1:1 hesabı ilə başa çatıb.

Oxşar yazılar

İctimai fəal Anar Abdullayev həbs edildi
12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar
11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ
11 iyul 2025 , 21:18
Cadugərlikdə ittiham edib qonşusunu vəhşicəsinə öldürdü
11 iyul 2025 , 19:59
Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI
11 iyul 2025 , 19:33
Goranboyda iynədən şoka düşən qadın öldü - YENİLƏNİB
11 iyul 2025 , 17:48
Qabil Məmmədovun məhkəməsi başladı
11 iyul 2025 , 17:45