Narkotik qaçaqmalçılarına hökm oxundu
Oktyabrın 14-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İrandan Azərbaycana külli miqdarda narkotik keçirməkdə ittiham olunan şəxslərin məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə təqsirləndirilənlərin əməlinin sübuta yetirildiyi qənaətinə gəlib. Məhkəmənin hökmü ilə Vüqar İsmayılov 14 il 6 ay, Vüsal Binyətov 14 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttiham aktına əsasən, Biləsuvar rayonu Zəhmətabad kənd sakinləri V.İsmayılov və V.Binyətov 5 kiloqram heroini İrandan respublikamıza keçirərkən tutulublar.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində V.İsmayılovun həmkəndlisi V.Binyətovla birgə Səmədabad kəndi ərazisində gizlətdikləri 33 kiloqram 70 qram həşiş, 520 qram heroin və 180 qutu təsiredici həb aşkarlanaraq götürülüb.
Təqsirləndirilənlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunublar.
Fərid Əkbərov

376