Kino Xidmətinin əməkdaşlarına qarşı quldurluq edənlərə hökm oxundu
Oktyabrın 14-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakı şəhər Kino Xidməti İdarəsində qurumun müdirinə və montajçısına qarşı quldurluq edən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə təqsirləndirilənlərin cinayət əməlinin sübuta yetirildiyi qənaətinə gəlib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən Mehman Abbasov və Arif Sadıqov hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib. Ruhi xəstə olan A.Sadıqov cəza müddəti ərzində məcburi qaydada müalicə olunacaq.
İttihama əsasən, Bakı şəhər sakinləri Arif Sadıqov və Mehman Abbasov martın 29-da saat 23.20 radələrində Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən Kino Xidməti İdarəsinə gəlib, qurumun müdiri, Bakı şəhər sakini Nəriman Ağayev və montajçı Emil Gözəlovu otaqda saxlayaraq, onlardan 60 manat, 1 ədəd mobil telefon, 1 ədəd boyunbağı və 2 ədəd üzük alıblar.
Martın 30-da saat 05.00 radələrində E. Gözəlov pəncərəni sındırıb qaçmağa cəhd göstərərkən A.Sadıqov bıçaqla ona xəsarət yetirib. Səbail Rayon Polis İdarəsi (RPİ) 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Sadıqov və M. Abbasov tutulub. Təqsirləndirilənlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145-ci (qanunsuz azadlıqdan məhrum etmə ), 181-ci (quldurluq) maddələri ilə ittiham olunublar.
Fərid Əkbərov

463