Həmyerlisini öldürən Siyəzən sakinini məhkəməsi qarşısında
Oktyabrın 14-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qəsdən adam öldürmədə ittiham olunan Siyəzən şəhər sakini Zamiq Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Şakir Ələsgərovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Mürvət Həsənov ittihamı aktını elan edib.
İttihama aktına əsasən, 1982-ci il təvəllüdlü Siyəzən şəhəri sakini Zamiq Vəliyev aralarında düşən mübahisə zəminində həmyerlisi Emin Rzayevə bıçaqla xəsarət yetirərək öldürüb.
Sonra prosesdə təqsirləndirilən Z.Vəliyev ifadə verib. Özünü qismən təqsirli bilən Z.Vəliyev ifadəsində deyib ki, E. Rzayev əmisi oğlu Samir Vəliyevin işlədiyi mağazaya gələrək, əmisi oğlunu döyüb, həmçinin onun barəsində nalayiq sözlər işlədib: “Mən məsələni aydınlaşdırmaq üçün Eminin yaşadığı məhəlləyə getdim. O, məni təhqir etdi və üzərindəki bıçaqla məni hədələdi. Mən də cibimdəki bıçağı çıxarıb, onu vurdum”.
Proses oktyabrın 21-də davam etdiriləcək.
Qeyd edək ki, Z. Vəliyev Azərbaycan Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunur.
Fərid Əkbərov

510