Belçika polisi azərbaycanlını ürəyindən güllələdi
“Məni vurdular. Məni anamın yanına basdırın...”
Belçikada ifrat sağçı və İslam əleyhinə olan ifadələri ilə diqqət çəkən “Vlams Belang” partiyasının qalası saylan Anvers şəhərində şənbə günü bir azərbaycanlı ailəsi faciə yaşayıb. Lent.az-ın yerli türklərin “Beltürk” qəzetinə istinadən verdiyi məlumata görə, Azərbaycandan mühacir olaraq getmiş Səməd Şirinov adı açıqlanmayan bir polis tərəfindən güllələnərək öldürülüb.
Hadisə vaxtı onun yanında qohumu Şəhla Nurullayeva olub.
Övladları olmadığı üçün depressiyaya düşən, bunu spirtli içki qəbul etməklə aradan qaldırmaq istəyən Səmədi arvadı Mətanət Həsənova sakitləşdirmək istəyirmiş. Bunu tək bacarmadığını görən Həsənova qohumu Şəhla Nurullayevanı köməyə çağırıb.
“Təcili yardım”a zəng vuran M.Həsənova həkimlərin ərini dərmanlarla sakitləşdirməsini istəyirmiş. O, hadisəni belə nəql edib: “Ərim çox gözəl insandır. Qarışqanı belə incitməz. Belə kədərli hadisə hər ailədə ola bilər. O, spirtli içkini içib daha sonra əlində olan kiçik meyvə bıçağı ilə öz qolunda kiçik cızıqlar atmağa başladı. Mən də qolunda olan qanı görüncə qorxdum. Və “Təcili yardım”a zəng vuraraq, onlarla bərabər həyat yoldaşımı sakitləşdirmək istəyirdim. Ancaq ərim “Təcili yardım” maşınında gələnlərdən imtina etdi, türkcə “gəlməsinlər, yoxsa özümü öldürəcəm” deyərək əlindəki bıçağı özünə xəsarət yetirəcək vəziyyətdə yellədi. Belə olanda “Təcili yardım”da gələn şəxslər aşağıya doğru qaçdı. Onlar polisə həyat yoldaşımın özünə xəsarət yetirəcəyini bildiriblər. Daha sonra həyat yoldaşımın “bacı” deyərək müraciət etdiyi Şəhla ilə onu sakitləşdirdik. Mən aşağıda “Təcili yardım” işçilərinə həyat yoldaşımın həkimlərdən və xəstəxanadan xoşu gəlmədiyini, lakin onun həkimlərə deyil, məhz özünə xəsarət yetirmək niyyətilə bıçaq götürdüyünü dedim. Onlar mənə inanmadılar. Qəti şəkildə dedilər ki, polis gəlmədən yuxarı çıxmayacaqlar. Həmin vaxt - mən aşağıdaykən polis yuxarı çıxdı. Və 5 saniyə içərisində yuxarıdan silah səsi gəldi. Onlar həyat yoldaşımı ürəyindən vurmuşdular...”
Hadisə zamanı Səməd Şirinovun yanında olan Şəhla Nurullayeva isə bunları deyib: “Gənc bir polis yuxarı çıxdı. Səməd Şirinovun əlində bıçaq vardı. Polis 1,5-2 metrlikdən ona “təslim ol” belə demədən atəş açdı. Ürəyindən vurulmuş Səməd yerə yıxıldı. O, can verərkən “Məni vurdular. Məni anamın yanına basdırın. Məni bağışla” deyərək öldü”.
Maraqlıdır ki, polis Mətanət Həsənova və Şəhla Nurullayevanı mənzildən çıxararaq, 2 saat müddətində “Səmədin yaşadığını” bildiriblər.
“Beltürk”ün əməkdaşı M.Həsənova ilə danışarkən o, hələ də ərinin meyitini görə bilmədiyini bildirib.
Belçika mətbuatı isə mərhumu “psixi xəstə, aqressiv insan” kimi təqdim edib. Mətbuat onun ürəyindən deyil, qarnından vurulduğunu da yazıb. M.Həsənova isə ərinin ürək nahiyəsində güllə deşiyi açılmış köynəyini göstərək bunu qəti şəkildə təkzib edib.
Hazırda Həsənova ərinin meyitinin polisdən alınaraq Azərbaycana gətirilib dəfn edilməsinə çalışır.
Pərvin ABBASOV

415