Mərhum əsgərin üzərində zorakılıq və işgəncə əlamətləri
6 ay xidmət keçmiş əsgərin valideynləri övladlarının ağır işgəncə ilə qətlə yetirildiyi qənaətindədir
Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissənin əsgəri Mirzəli Teymur İsaxan oğlu oktyabrın 10-da müəmmalı şəkildə qətlə yetirib. Hadisə oktyabrın 9-dan 10-a keçən gecə hərbi hissənin idman zalında baş verib.
Mərhum əsgərin valideynlərinin nümayəndəsi, hüquqşünas Səməd Vəkilov Lent.az-a açıqlamasında bildirib ki, ilkin məlumatda mərhum əsgərin intihar edərək özünü asdığı deyilsə də, sonradan onun ağır işgəncələrlə qətlə yetirildiyi və asıldığı məlum olub. Onun sözlərinə görə, xidmətin ilk günlərindən Mirzəli Teymur əsgər yoldaşları tərəfindən döyülməsi barədə atasına məlumat verib. Bundan sonra atası məsələ ilə əlaqədar əvvəl hərbi hissə rəhbərliyi ilə danışıb. Avqustun 31-də isə Respublika Hərbi Prokurorluğuna rəsmi ərizə ilə müraciət edib. Ərizə aidiyyəti üzrə Sumqayıt şəhər Hərbi Prokurorluğuna göndərilib və məsələ ilə bağlı cinayət işi başlanıb.
Zərərçəkənlərin nümayəndəsi deyir ki, Mirzəli Teymur xidmət etdiyi 6 ay ərzində daim təzyiqlərə məruz qalıb. Valideynlərinin müraciəti əsasında qaldırılmış cinayət işi ilə əlaqədar istintaq başlayıb. Bundan sonra hərbi hissədə Teymura qarşı fiziki və mənəvi təzyiqlər bir qədər də artıb: “Onu döyənlərdən biri çavuş Səhrad Hacıyevdir. Hətta çavuşun atası da əsgərə, onun valideynlərinə hədə-qorxu gəlib. Səhrad Hacıyevin atası hərbi hissənin qarşısında əsgərin atasına deyib ki, şikayətini geri götürməsən, səni də, oğlunu da öldürəcəyəm. Hərbi hissənin komandiri Surxay Hüseynov da Mirzəli Teymura xəbərdarlıq edib ki, prokurorluq orqanlarına şikayət etsə, vəziyyəti ağır olacaq”.
Hüquqşünas deyir ki, əsgər Mirzəli Teymur oktyabrın 12-də Sumqayıt şəhər Hərbi Prokurorluğunda ifadə verməliymiş. Ancaq oktyabrın 9-dan 10-a keçən gecə bir neçə əsgər və çavuş onu hərbi hissənin idman zalına çağırıblar. Burada əsgərdən onu döyən çavuşa qarşı ifadə verməməyi tələb ediblər: “Amma artıq gec idi, iş prokurorluq orqanlarında araşdırılırdı və bu səbəbdən Teymur həqiqəti danışmalıydı. Elə buna görə də onu öldürüblər ki, istintaqa ifadə verməsin”.
Zərərçəkənlərin nümayəndəsi mərhumun işgəncələrdən sonra asıldığını iddia edir. Onun sözlərinə görə, mərhum əsgərin qollarında, qarın boşluğunun yan hissələrində və qabırğalarının üzərində zorakılıq və işgəncə əlamətləri olub və bunu istintaq orqanları da görüb: “Respublika Hərbi Prokurorluğunun istintaq idarəsinin rəisi Cəfər Cəfərov “Papanin qospitalın”da bunların hamısını görüb. O hətta mərhumun atasına dedi ki, get yas mərasiminin 3-ü ver, ondan sonra bu məsələdə kimlər nə danışıbsa, hamısını danışacaqsan”.
Xatırladaq ki, əsgərin ölümü ilə istintaq işini Respublika Hərbi Prokurorluğu aparır. Hazırda bu işlə bağlı hərbi hissənin giziri Çingiz Yusubov və Abdullayev soyadlı bölük komandiri həbs olunub. İstintaq davam edir.
1990-cı il təvəllüdlü Mərzəli Teymur bu ilin aprelində Lənkəran şəhər Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
Elxan SALAHOV

841