1 saylı Şəhər Xəstəxanasında qan töküldü
13 oktyabr 2009 13:30 (UTC +04:00)

1 saylı Şəhər Xəstəxanasında qan töküldü

Xəstəxanaya qəbul edilməyən II qrup Qarabağ əlili intihara cəhd edib
Bu gün 1 saylı Şəhər Xəstəxanasında qan tökülüb. Xəstəxananın 1-ci korpusunda II qrup Qarabağ əlili intihara cəhd edib. Hadisə bu gün saat 12.30 radələrində baş verib. Müayinə və müalicə olunmaq üçün xəstəxanaya gələn Qarabağ əlili 46 yaşlı Füzuli Əliyev tibb müəssisəsinə qəbul edilməməsinə etiraz əlaməti olaraq qollarını kəsici alətlə doğrayıb. F.Əliyev ANS PRESS-ə bildirib ki, 6 aydır Bakının Nizami rayonu 26 saylı poliklinikanın göndərişi ilə 1 saylı Şəhər Xəstəxanasına gəlməkdə davam etsə də, xəstəxanaya qəbul edilmir. Zərərçəkmişin sözlərinə görə, buna səbəb olaraq boş yerin olmadığı əsas gətirilir. Ürək çatışmazlığı, kontuziyadan əziyyət çəkdiyini deyən F.Əliyev artıq gözləmək üçün səbrinin qalmadığından bu addımı atdığını deyir.

Xəstəxanadan faktı təsdiqləsələr də, hadisənin baş vermə səbəbləri barədə məlumat verməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496

Oxşar yazılar