Ata qatilinə hökm oxundu
12 oktyabr 2009 13:15 (UTC +04:00)

Ata qatilinə hökm oxundu

Oktyabrın 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə atasını qətlə yetirməkdə təqsirləndirilən Gəncə sakininin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


Lent.az-ın məlumatına görə, hakim Şakir Ələsgərovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə Pünhan İbrahimovun cinayətinin sübuta yetirildiyi qənaətinə gəlib. Məhkəmənin hökmü ilə P.İbrahimov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama əsasən, 2009-cu ilin mayın 26-da saat 23.00 radələrində Gəncə şəhəri M.Hüseynzadə küçəsində yaşayan Pünhan İbrahimov ailə münaqişəsi zəminində atası Hafiz İbrahimova ölümcül bıçaq xəsarəti yetirib. H.İbrahimov aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 379

Oxşar yazılar