2 hərbçini qətlə yetirən əsgərin məhkəməsi başladı
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun iki hərbçisini qətlə yetirməkdə ittiham olunan əsgərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsinin əsgəri Yasəf Qasımovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesə hakim Mürsəl Əliyev sədrlik edir.
Məhkəmə baxışı oktyabrın 19-a təyin olunub.
Qeyd edək ki, Y.Qasımov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 332.2.1-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ya ona qarşı zor tətbiq etməklə əlaqədar olduqda) və 332.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilir.
2009-cu ilin martında Müdafiə Nazirliyinin Tərtər rayonundakı hərbi hissələrin birində Zərdab rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış əsgər Y.Qasımov xidməti silahından atəş açaraq əsgər yoldaşları İlkin Abdullayev və Tural Həsənovu qətlə yetirib.
Fərid Əkbərov

356