Milli Ordunun əsgəri intihar edib
12 oktyabr 2009 12:30 (UTC +04:00)

Milli Ordunun əsgəri intihar edib

Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının Sumqayıtdakı hərbi hissəsində intihar hadisəsi baş verib.

Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a məlumat təsdiqlənib.

Belə ki, 2009-cu ilin aprel ayında Lənkəran Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1990-cı il təvəllüdlü Teymur Mirzəli oktyabrın 10-da səhər saatlarında özünü asaraq intihar edib.

İntiharın səbəbləri dəqiq bilinmir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 368

Oxşar yazılar