“GEN” MMC-nin məhkəməsində bir-birinə zidd ifadələr verilir
12 oktyabr 2009 12:00 (UTC +04:00)

“GEN” MMC-nin məhkəməsində bir-birinə zidd ifadələr verilir

Oktyabrın 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “GEN” MMC-nin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elbrus Əliyevin vəsatəti üzrə əlavə şahid qismində “Əkinçi” media qrupunda əvvəllər prodüser işləmiş Səadət Hüseynova dindirilib. E.Əliyev S.Hüseynovaya reklam yerləşdirmək üçün 51 min manat verdiyini bildirib. S.Hüseynova isə E. Əliyevin yalan danışdığını söyləyib. Şahid həmin vaxt “GEN” MMC-nin televiziyalarda 4 min manatlıq reklamlarının yayımlandığını, lakin E.Əliyevin pul ödəmədiyini və əvəzində onlara tikiləcək mənzillərdən birini verəcəyi haqda söz verdiyini bildirib.


Zərərçəkənlərin vəkili Vidadi İsgəndərov isə “Əkinçi” media qrupun rəhbəri Şakir Eminbəylinin məhkəməyə dəvət olunması haqqında vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin etməyib.


Sonra prosesdə əlavə şahid qismində “Müstəqil Hüquqşünas” qəzetinin baş redaktoru Ələsgər Rüstəmov ifadə verib. E.Əliyev Ə.Rüstəmova 3 evin qiymətləndirilməsi və bankdan kredit götürülməsinə görə 30 min manat pul verdiyini söyləyib. Ə.Rüstəmov isə E.Əliyevindən pul almadığını, əksinə E.Əliyevin onun adından istifadə edərək Beton zavodundan beton aldığını və pulunu da vermədiyini bildirib.

Daha sonra zərərçəkmiş qismində Elbrus Məmmədov ifadə verib. O, mənzil almaq üçün 17760 manat pul ödədiyini söyləyib: “Pulumu tələb edəndə Ələsgər Rüstəmov mənə dedi ki, pulum batmayacaq”.

Proses oktyabrın 13-də sənədlərin elan olunması ilə davam etdiriləcək.


Qeyd edək ki, təqsirləndirilənlər Əliyev Elbrus Bulud oğlu, Abbasov Əliyar Qənbər oğlu, Ağayev Həbib Məmmədağa oğlu, Məmmədov Nəbi Ağarəhim oğlu, Cəfərzadə Mehparə Mahmud qızı, Ələmov Asif Meyli oğlu, Səfərov İlkin Məzahir oğlu, Əliyev Ramil Saday oğlu və Əhmədov Kamran Sabir oğlu Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1 (dələduzluq – mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 178.3.2 (dələduzluq – külli miqdarda ziyanla törədildikdə) maddələri ilə ittiham olunurlar.

Cinayət işi üzrə 10 nəfər şəxs təqsirləndirilir, 373 nəfər zərərçəkmiş kimi tanınıb.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 635

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21