Göygöldə yaşayış binası partladı: 3 yaralı
09 oktyabr 2009 17:30 (UTC +04:00)

Göygöldə yaşayış binası partladı: 3 yaralı

Partlayış Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yaşadığı binada olub

Ötən gecə Göygöldə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş binada partlayış olub. İlkin ehtimala görə, partlayışa səbəb qaz sızmasıdır.

Partlayış nəticəsində Rövşnə Nəsibov məhəlləsində yerləşən 5 saylı, 2 mərtəbəli, 16 mənzilli binadakı 5 mənzil yararsız hala düşüb. Mənzillər 1970-ci il təvəllüdlü Allahverdiyev Zaməddin Papır oğluna, 1974-cü il təvəllüdlü Abbasov Vaqif Yaşar oğluna, 1971-ci il təvəllüdlü Əhmədov Alik Həsən oğluna, 1972-ci il təvəllüdlü Məmmədov Elcan İlya oğluna, 1971-ci il təvəllüdlü Bayramov Azay Fərrux oğluna məxsusdur.

Hadisənin hansı mənzildə baş verdiyi araşdırılır.

Göygöl rayon Polis şöbəsindən Lent.az-ın Gəncəbasar müxbirinə verilən məlumata görə, hadisə zamanı mənzillərdə heç kim olmayıb. Ancaq binanın qarşısında duran 3 nəfər xəsarət alıb. Xəsarət alan Həsənov İbrahim Cumalı oğlu, Abbasov Raib Yaşar oğlu və Hacıyev Akif Əli oğlu xəstəxanaya çatdırılıb.

Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Vüsalə Cənnətova
# 359

Oxşar yazılar

Metroda sərnişin  qatar yoluna   düşdü, vəziyyəti...

Metroda sərnişin qatar yoluna düşdü, vəziyyəti...

19 aprel 2024 , 22:21
“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11