Əlibala Hacızadə vida mərasimi olmadan dəfn edildi
Azərbaycanın məşhur yazıçısı Əlibala Hacızadə oktyabrın 9-da Bakının Xocahəsən qəbiristanlığında dəfn edilib. Lent.az-ın müxbirinin verdiyi məlumata görə, cənazənin Milli Elmlər Akademiyasının binasından son mənzilə yola salınacağı bildirilsə də, bu, belə olmayıb. Məşhur yazıçı Bakı Dövlət Universitetinin yaxınlığında yerləşən mənzilindən son mənzilə yola salınıb.
Yas mərasiminə tanınmış şair və yazıçılardan yalnız bir neçəsi – Sabir Rüstəmxanlı, Fikrət Qoca, İlyas Tapdıq və digərləri qatılıb.
Mərhumla hətta vida mərasimi də keçirilməyib. Yazıçının nəşi mənzilindən çıxarıldıqdan dərhal sonra Xocahəsən qəbiristanlığına aparılıb, Əlibala Hacızadə orada həyat yoldaşının qəbrinin yanında dəfn edilib.
Hacızadənin Fəxri Xiyabanda basdırılması üçün onun fəxri adı olmalıydı. Lakin ona heç bir fəxri ad verilməmişdi. Lent.az-ın əldə etdiyi məlumata görə, yazıçının fəxri ad alması üçün təqdimat olub.
Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı jurnalistlərə açıqlamasında Ə.Hacızadənin fəxri ad almamasına və Fəxri Xiyabanda dəfn edilməməsinə münasibət bildirib: “Əlibala Hacızadə əsl xalq yazıçısı idi. Bir fərman ola da bilər, olmaya da bilər. Fəxri Xiyabanda basdırılmamağa gəlincə, mən kimin harada basdırılmasını o qədər də önəmsəmirəm.
Əlibala Hacızadə Azərbaycan nəsrində xüsusi bir yeri olan yazıçı idi, onun kitabları əl-əl gəzirdi. Əlibala Hacızadə taleyin bütün əzablarını sakitcə qarşılayan, heç bir iddiaları olmayan bir şəxs idi. Ölümü də beləcə - qəfildən gəldi...”
Pərvin ABBASOV

598