3 çavuşu öldürən Orxan Səfərov psixi müalicə alır
Məhkəmə təxirə salınıb
Azərbaycan ordusunun 3 çavuşunu öldürüb, 2-ni yaralayan Orxan Səfərovun cinayət işi üzrə oktyabrın 9-da Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Mürsəl Əliyevin sədrliyi ilə keçirilməli olan məhkəmə iclası təxirə salınıb.
Lent.az-ın müxbirinin verdiyi məlumata görə, bunun səbəbi təqsirləndirilən Orxan Səfərovun Penitensiar Xidmətin müalicə müəssisəsinin ruhi xəstəliklər şöbəsində müalicə almasıdır.
Müəssisənin baş həkimi Rəşad Dəmirov bununla bağlı məhkəməyə məktub göndərib. Həkim bildirib ki, psixi durumu hazırda normal olmayan Orxan Səfərovun müalicəsi 3 həftəyə tamamlanacaq.
Məhkəmə prosesi 3 həftə sonraya, noyabrın 2-ə təyin edilib.

569