Gəncədə cinayətkar dəstə yaxalanıb
09 oktyabr 2009 12:30 (UTC +04:00)

Gəncədə cinayətkar dəstə yaxalanıb

Taksi sürücülərini qarət edən 2 nəfər tutulub

Gəncə şəhər Polis İdarəsinin həyata keçirdiyi axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda taksi sürücülərini soyan 2 nəfərdən ibarət dəstə üzvləri yaxalanıb.

Saxlanılanlar Məmmədov Sahib Sabir oğlu və 1988-ci il təvəllüdlü Şəfiyev Camal Vədadil oğludur. Onlar avqustun 20-də Qasımov Kamran Əli oğluna məxsus “VAZ 2107” markalı avtomobilə sərnişin kimi minərək, onu şəhər kənarına sürdürüblər və orada sürücünü soyublar. Avtomobildə olan mobil telefonları götürən şəxslər sürücüyə soyuq silahla ağır xəsarət yetiriblər.

Gəncə şəhər Polis İdarəsinin müstəntiqi Faiq Mahmudovun Lent.az-ın Gəncəbasar müxbirinə verdyi məlumata görə, bu hadisə sentyabrın 19-u taksi sürücüsü Behbudov Orxan Tapdıq oğlu və sentyabr 28-i tarixdə Qarayev Taleh Razin oğlunun da başına gəlib. Saxlanılan şəxslərdən Mədədov Sahib Sabir oğlu 1987,1998 və 2001ci illərdə 14 il həbs həyata yaşayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri ilə iş açılıb.
Vüsalə Cənnətova
# 451

Oxşar yazılar