“Yataq otağında yaralı vəziyyətdə bir cavan oğlanın uzandığını gördüm”
09 oktyabr 2009 12:00 (UTC +04:00)

“Yataq otağında yaralı vəziyyətdə bir cavan oğlanın uzandığını gördüm”

Oktyabrın 9-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Gəncə şəhər Hərbi Komissarlığının şöbə müdiri Səfər Bayramovun evində baş verən qətl hadisəsinin törədilməsində təqsirləndirilən Elvin Bayramovun növbəti məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə Səfər Bayramov şahid qismində ifadə verib: “2009-cu il mayın 22-də saat 22:00 radələrində işdən evə gələrək uşaqları götürüb, anamgilə getdik. Saat 24:00-da uşaqları öz evimizə apardım və oradan da növbədə olduğum üçün işə getdim. Saat 06:00-da qardaşım oğlu Elvin mobil telefonuma zəng edərək, təcili evə gəlməyimi istədi. Ondan soruşanda ki, nə baş verib, dedi, əmi, arvadın evə kişi salıb, mən də onu vurmuşam”.

S.Bayramov işdən çıxaraq evə gəldiyini və yaşadığı binanın, blokunun qarşısında qardaşı oğlu Elvin Bayramovun onu gözlədiyini görüb: “Evin açarını mənə verdi və biz mənzilə qalxdıq. Qapı bağlı olduğundan blok tərəfdən birinci Elvin, sonra da mən pəncərədən mətbəxə keçdik”. Evə girdikdən sonra Elvin onu yataq otağına aparıb: “Yataq otağında yaralı vəziyyətdə bir cavan oğlanın uzandığını gördüm. Onun başını qaldırıb, kim olduğunu öyrənmək istəsəm də, sonradan adını bildiyim Coşqun Mərdanov mənə yalnız bunları dedi: “səhv gəlmişəm”, “su”. Elvinə Coşqun üçün su gətirməsini istədim. Sonra uşaqları axtardım. Elvin onların hamamda olduğunu söylədi. Hamamın qapısı bağlı olsa da, zorla açdım. Ləmanın uşaqlar yanında olduğunu gördüm və onu vurmaq istədim. Elvin mənim qarşımı kəsərək, “əmi, sən qarışma” dedi”.

S.Bayramovun ifadəsinə etiraz edən zərərçəkən tərəflə təqsirləndirilənlər arasında mübahisə yaranıb. Bir neçə dəqiqəlik fasilədən sonra proses davam etdirilib. İfadəsini davam etdirən S.Bayramov C.Mərdanovun telefonuna gələn zəngə cavab verdiyini də söyləyib: “Mobil telefonuna gələn zəngə cavab verdim. Bir müddətdən sonra qohumları gəldi. Bizdə məni bıçaqladılar”.

Sualları cavablandıran S.Bayramov C.Mərdanovu vurmadığını və bıçağa əlini vurmaması ilə bağlı tibbi ekspertizanın rəyinin olduğunu da qeyd edib: “Bundan başqa, əsassız olaraq, Ləman Bayramova mənə qarşı mülki iddia da qaldırıb. Məni məhkəmədə şantaj edəcəyini də bildirib”.

Prosesdə təkrar ifadə verən S.Bayramovun keçmiş həyat yoldaşı Ləman Bayramova isə deyib ki, mənzilə girəndə S.Bayramovun əlində bıçaq görüb: “Mən Coşqun Mərdanovu tanımıram. Səfər mənzilə girəndə Elvin məni və uşaqları hamama salıb qapını örtdü. Koridora qorxumdan çıxa bilmirdim. Amma eşidirdim ki, Coşqunu döyürlər, öldürürlər”. Hakim isə L.Bayramovadan ifadəsinin bu epizodunu dəqiqləşdirilməsini istəyib. L.Bayramova S. Bayramovun C. Mərdanovu bıçaqla vurduğunu görmədiyini deyib.
Qətlə yetirilənin atası İnşallah Mərdanov isə bildirib ki, oğlu təkcə bıçaqla öldürülməyib, o xüsusi amansızlıqla – döyülərək öldürülüb: “Onun dişləri qırılmışdı, bədəninin müxtəlif hissələrində yaralar var idi”.

Təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov isə bəzi mətbuat vasitələrində adıçəkilən məhkəmə prosesində açıqlanan fikirlərin düzgün yazılmadığını qeyd edib: “ “Bizim yol” qəzeti ötən prosesdə Ləman Bayramovanın qətlin Səfər Bayramov tərəfindən törədildiyini görməsi barədə yalan xəbər yazıb. Guya Ləman Bayramova ifadəsində bu sözü deyib. Biz bununla bağlı Səbail rayon Məhkəməsində Azərbaycan Cinayət Məcəlləsinin “böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yayma maddəsi ilə iddia qaldırmışıq”.

Proses oktyabrın 16-da davam etdiriləcək.

Qeyd edək ki, E. Bayramov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinir. İttihama görə, hadisə bu ilin mayın 23-də səhərə yaxın saat 05.30 radələrində baş verib. Gəncə şəhəri Əziz Əliyev küçəsi ev 4 mənzil 15-də Elvin Bayramov və Coşqun Mərdanov arasında qısqanclıq zəminində baş vermiş münaqişə zamanı onlar bir-birinə bıçaqla xəsarət yetiriblər. Mayın 23-də qətlə yetirilən Coşqun Mərdanovun Hərbi Komissarlığın ikinci şöbəsinin rəisi Səfər Bayramovun qardaşı oğlu Elvin Bayramov tərəfindən öldürüldüyü məlum olub.

Səfər Bayramov işdə olarkən qardaşı oğlu əmisinə zəng edərək, evində Coşqun Mərdanovu öldürdüyünü bildirib. Daha sonra Coşqun Mərdanovun atasına zəng edib, oğlunun öldürüldüyünü və ona sahib çıxmalarını bildirib. Hadisə yerinə gələn Coşqun Mərdanovun atası İnşallah Mərdanovla Səfər Bayramov arasında münaqişə yaranıb və o, Hərbi Komissarlığın əməkdaşına bıçaqla xəsarət yetirib.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1213

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10