Qubada torpaq sürüşməsi baş verib
09 oktyabr 2009 10:30 (UTC +04:00)

Qubada torpaq sürüşməsi baş verib

Quba – Xınalıq yolunun 44-cü kilometrliyində yerləşən Cek kəndi ilə üzbəüz ərazidəki zonada torpaq sürüşməsi baş verib. Bu haqda Lent.az-a Quba Yol İstismarı İdarəsinin rəisi Aydəmir Manafov məlumat verib.

Onun sözlərinə görə, sürüşmə yoldan təqribən 300 metr kənarda baş verdiyindən, yola heç bir təsiri olmayıb.

Bununla belə, A.Manafov uçqunun daha geniş miqyası əhatə edəcəyi təqdirdə, qarşısının alınmasının mümkünsüzlüyünü bildirib: “Uçqunun qarşısını Allahdan başqa heç nə ala bilməz. Orada uçqun zonası böyük ərazini tutur. Ərazinin hamısı sürüşsə, önünü heç bir texnika ilə kəsmək mümkün olmayacaq. Bu il Qubada hava şəraiti o qədər də yaxşı olmadı. Sürüşmə də son günlər yağan güclü yağışlar üzündən baş verib. Amma sürüşmənin yola və yaxınlıqdakı yaşayış məntəqəsinə təsiri olmayıb. Hazırda həmin ərazidə insanların gediş-gəlişi üçün heç bir problem yoxdur”.

Elşən
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15