FHN Hacıqabulda baş verən su basma ilə bağlı açıqlama yayıb
“Əhalinin narahatlığına, qorxu və təlaşına heç bir əsas yoxdur”
Azərbaycan Fövqəladə Hallar Nazirliyi Hacıqabul rayonunda baş vermiş su basma ilə bağlı açıqlama yayıb.
Nazirliyin İctimaiyyətlə Əlaqə İdarəsindən APA-ya verilən məlumatda bildirilir ki, oktyabrın 7-də bəzi kütləvi informasiya vasitələrində yer alan məlumatlarda həmin gün yağan yağışlar nəticəsində Hacıqabul şəhərindəki evləri su basdığı, orada yaşayan əhalinin qorxu və təlaş içərisində olduğu qeyd olunub: “Fövqəladə Hallar Nazirliyi bildirir ki, oktyabrın 7-də axşamçağı yağan qısamüddətli yağışlardan sonra Muşovdağ istiqamətindən Hacıqabul şəhərinə doğru axan sular təxminən 80-ə yaxın evin həyətyanı sahəsinə və 30-a yaxın evin zirzəmisinə dolub. Həmin gün axşam radələrində Fövqəladə Hallar Nazirliyinin yerli qurumları tərəfindən şəhərdəki həyətlərə və zirzəmilərə dolan suların çəkilməsinə başlanıb, eyni zamanda, Muşovdağdan şəhərə doğru axan suyun səviyyəsi düşüb. Hazırda Hacıqabulda bütün infrastruktur tam gücü ilə işləyir, əhalinin narahatlığına, qorxu və təlaşına heç bir əsas yoxdur”.

484