“MTN hər hansı jurnalistin həbsi üçün əməliyyat keçirməyib”
08 oktyabr 2009 15:00 (UTC +04:00)

“MTN hər hansı jurnalistin həbsi üçün əməliyyat keçirməyib”

Arif Babayev: “MTN-də jurnalist saxlanılmır”

“Milli təhlükəsizlik orqanları hər hansı jurnalistin həbs olunması üçün əməliyyat keçirməyib. Pia.az saytının baş redaktorunun müavini Ravil Məmmədovun Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs olunması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Bunu APA-nın sorğusuna cavab olaraq, MTN ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev deyib. A. Babayev qeyd edib ki, Milli Təhlükəsizlik Nazirliyinin belə bir əməliyyat keçirməsi və jurnalisti həbs etməsi barədə məlumatlar yalandır.


“Adı çəkilən jurnalist də MTN-də saxlanılmır”, - deyən A. Babayev MTN-in PİA-nın baş redaktoru Şahin Ağabəylinin təqib etdiyi barədə məlumatları da qətiyyətlə təkzib edib.


Qeyd edək ki, PİA-nın baş redaktoru Şahin Ağabəyli mətbuata Ravil Məmmədovun MTN tərəfindən həbs olunduğu, onun özünün həbsi ilə bağlı tədbirlərin görüldüyü barədə açıqlama verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 521

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21