Vaqif Hüseynovun kürəkəni boğulub, meyiti 15 gündür tapılmır
08 oktyabr 2009 13:45 (UTC +04:00)

Vaqif Hüseynovun kürəkəni boğulub, meyiti 15 gündür tapılmır

Baş nazirin müavininin köməkçisi kürəkəninin oğurlandığı barədə xəbəri təkzib etdi


“Yeni Müsavat” qəzeti dünən cinayətkar qruplaşmanın baş nazirin köməkçisi Vaqif Hüseynovun kürəkəni Arif Kazımovu oğurladığı barədə xəbər yayıb. Qəzet Vaqif Hüseynovun bir neçə özəl ali məktəbin qeyri-rəsmi himayəçisi olduğunu yazıb. “Yeni Müsavat”a görə, onun kürəkəninin böyük məbləğdə pul müqabilində buraxılması məqsədiylə qaçırılması istisna deyil.

Lent.az-ın verdiyi xəbərə görə, Vesti.Az məsələni araşdırıb.

Vaqif Hüseynov Vesti.Az-a açıqlamasında belə məlumatı dəqiqləşdirmədən yayanları azərbaycanlı saymadığını deyib.mır.

Baş nazirin müavininin köməkçisi bildirib ki, onun kürəkəninin adı Arif Kazımov yox, Tahir Kazımov olub və o, bir neçə gün əvvəl bir neçə dostuyla Səngəçal terminalına balıq tutmağa gedib.

Çəkisi 100 kq, boyu 195 sm olan Tahir ehtiyatsızlığı səbəbindən suya yıxılıb: “15 gündür ki, biz onun meyitini axtarırıq, axtarışa Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da cəlb olunub. Axtarışlar İran sərhədinə qədər aparılır. Ancaq hələ nəticə yoxdur”.

Vaqif Hüseynov qeyd edib ki, onun kürəkəni «Nikoyl Bank»ın əməkdaşı olub, 3 yaşlı oğlu var, qızı az əvvəl anadan olub: “Onun həyat yoldaşının vəziyyətini təsəvvür edin?! Bəziləri isə onun itdiyini yazırlar. Tahirin axtarışları davam edir. Həmin insanların nəzərinə onu da çatdırıram ki, mən Nazirlər Kabinetində işləyirəm, dövlət ali məktəbləri ilə bağlı hər hansı maliyyə məsələsi səlahiyyətlərimə daxil deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 545

Oxşar yazılar