Göygölü də sel basdı
08 oktyabr 2009 12:45 (UTC +04:00)

Göygölü də sel basdı

Rayon mərkəzində və Topalhəsənli kəndində evlər su altında qalıb

Oktyabrın 7-də axşam saatlarından Göygöl rayonuna yağan yağışlar dağlardan üzü aşağı axaraq, fəsadlara səbəb olub. Rayonun Topalhəsənli kəndində Gəncə çayının kənarındakı 10-a yaxın evi su basıb, əşyaları yararsız hala salıb. Ən böyük zərər kənd sakini Vahid Məmmədovun evinə dəyib. Evlərdən birinin hasarını da su yuyub. Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini Turani Həsənovun Lent.az-ın Gəncəbasar müxbirinə verdiyi məlumata görə, rayon Fövqəladə Hallar komissiyasının əməkdaşları evləri sudan təmizləyir.

Gecə yağan yağış rayon mərkəzinə də zərər verib. Dadaş Bayramov küçəsindəki evləri su basıb. Hazırda orada da yağışın vurduğu zərər aradan qaldırılır.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 391

Oxşar yazılar