Gəncədə zəlzələ olub
İnsan tələfatı və dağıntı yoxdur
8 oktyabr 2009-cu il tarixində Bakı vaxtı ilə saat 02:20-də Gəncə şəhərindən 30 km şimal-qərbdə zəlzələ qeydə alınıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeraltı təkanların gücü episentrdə 12 ballıq cədvəl üzrə 3,5 bal təşkil edib.
Gəncə şəhərində, Şəmkir rayonunda və episentrə yaxın digər yaşayış məntəqələrində zəlzələ 2,5 bal gücündə hiss olunub.
İnsan tələfatı və dağıntı haqqında məlumat daxil olmayıb.

532