Ata zorladığı 16 yaşlı qızını QİÇS-ə yoluxdurub
08 oktyabr 2009 12:15 (UTC +04:00)

Ata zorladığı 16 yaşlı qızını QİÇS-ə yoluxdurub

Zaqatala sakininə 10 illik həbs cəzası verildi

Oktyabrın 8-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə doğma qızını zorlamaqda ittiham olunan Zaqatala rayon sakini A.Ç-ya hökm oxunub.

Lent.azın məlumatına görə, A.Ç. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 (zorlama) və 149.3.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olan zorlama) maddələri ilə ittiham olunaraq, 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, A.Ç. 2008-ci ilin mayında 16 yaşlı qızı Ayselin (adı şərti verilib) evdə tək olmasından istifadə edərək, onu zorlayıb. Ata qızı ilə aralarında olan hadisə barəsində heç kimə deməməsi ilə bağlı qızına hədə-qorxu gəlib.

Aysel də atası tərəfindən zorlandığın sirr saxlasa da, bir neçə aydan sonra səhhətində problemlər yarandığından anası onu həkimə aparmalı olub. Həkimlərin müayinəsindən sonra qızın cinsi əlaqə yolu ilə QİÇS virusunun yoluxduğu üzə çıxıb və bundan sonra qız atası tərəfindən zorlandığını etiraf edib.

Qızın ifadələri əsasında Zaqatala rayon Polis Şöbəsi əməkdaşları A.Ç-ni həbs ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 477

Oxşar yazılar