“Yeni Müsavat”la ANS barışdı
08 oktyabr 2009 11:45 (UTC +04:00)

“Yeni Müsavat”la ANS barışdı

Bu gün Bakının Nizami Rayon Məhkəməsində ANS televiziyasının “Yeni Müsavat” qəzetinə qarşı qaldırdığı mülki iddia üzrə növbəti proses keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Ziya Əliyevin sədrliyi ilə keçirilən prosesdə tərəflər aralarında bağlanmış barışıq sazişini məhkəməyə təqdim edib.

Xatırladaq ki, sentyabrın 29-da keçirilən prosesdə hakim tərəflərə barışığa gəlməyi təklif edib. Tərəflər isə təklifi müzakirə etmək üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə barışıq sazişini təsdiqləyib. Sazişə görə, tərəflər Nizami və Səbayel Rayon məhkəmələrində bir-birilərinə qarşı qaldırdıqları bütün iddialardan imtina edib.

Qeyd edək ki, qəzet və televiziya məhkəmədə qarşılıqlı iddia qaldırıb, şərəfə və ləyaqətin təhqir edilməsinə görə təzminat istəyib.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 424

Oxşar yazılar