Sevastopolda azərbaycanlı döyüşçünün oğurlanan ayağı tapıldı
07 oktyabr 2009 20:00 (UTC +04:00)

Sevastopolda azərbaycanlı döyüşçünün oğurlanan ayağı tapıldı

Krımın faşist işğalından azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuş azərbaycanlıların xatirəsinə ucaldılmış abidəni dağıtmaqda şübhəli bilinən iki nəfər Sevastopol hüquq-mühafizə orqanları operativ tədbirlər nəticəsində həbs olunub.

Bu barədə APA-ya Ukrayna Azərbaycanlıları Konqresinin Krım regional təşkilatının sədri Rəhim Hümbətov məlumat verib. Onun sözlərinə görə, Sevastopol daxili işlər idarəsinin rəisi, general-mayor Valeri Petuxov abidənin qoparılmış hissələrinin də tapıldığını bildirib. Saxlanan şəxslər abidənin hissələrini küçədən tapdıqlarını deyiblər. Araşdırma davam edir.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyi Sevastopol şəhərində Krımın alman faşistlərindən azad edilməsi zamanı həlak olan azərbaycanlıların xatirəsinə ucaldılmış abidə kompleksinin dağıdılması ilə əlaqədar bu ölkə Xarici İşlər Nazirliyinə nota göndərib. Notada vandalizm aktından narahatlıq ifadə olunur və cinayətkarların dərhal yaxalanaraq cəzalandırılması və abidənin bərpası xahiş edilir.

Səfirlikdən isə APA-ya bildirilib ki, nota oktyabrın 6-da Ukrayna XİN-ə təqdim edilib, lakin hələlik cavab alınmayıb.

Xatırladaq ki, Krımın alman faşistlərindən azad olunması uğrunda döyüşən azərbaycanlılardan ibarət 77-ci diviziyanın döyüşçülərinin xatirəsinə ucaldılmış kompleks 70-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə qoyulub. Abidə oktyabrın 5-də naməlum şəxslər tərəfindən dağıdılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1225

Oxşar yazılar