Nardaran sakinini ov tüfəngindən güllələyiblər
07 oktyabr 2009 17:00 (UTC +04:00)

Nardaran sakinini ov tüfəngindən güllələyiblər

Bakının Nardaran qəsəbəsində silahlı insident baş verib. Bu barədə APA-ya Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.

Hadisə oktyabrın 6-dan 7-nə keçən gecə qeydə alınıb. Nardaran sakini, 44 yaşlı Elşən Babayev naməlum şəraitdə güllələnib. O, ov tüfəngindən açılmış atəş nəticəsində sol ayağından çoxsaylı deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə barədə polisə məlumat daxil olan kimi, 14-cü Polis Bölməsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb və hadisə yerinə göndərilib. Həyata keçirilən axtarış tədbirlərinə baxmayaraq, hadisəni törədən şəxsi tapmaq hələlik mümkün olmayıb.

İstintaqın gedişi ilə əlaqədar hadisənin motivi barədə hələlik heç bir açıqlama verilmir.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1520

Oxşar yazılar