“Polis əməkdaşını qəsdən öldürməmişəm”
Oktyabrın 7-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Elçin İlyasovu qətlə yetirməkdə təqsirləndirilən Rasim Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Ələkbər Quliyevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxsin vəkili cinayət işi üzrə ibtidai istintaqın düzgün aparılmadığını və nəticədə R. Məmmədovun xüsusi ağır cinayətdə ittiham olunduğunu söyləyib. Vəkil müdafiə etdiyi şəxs saxlanıldıqdan sonra telekanallar tərəfindən aparılan video-çəkilişlərin və hadisənin şahidi olan 2 nəfərin prosesdə dindirilməsi ilə bağlı vəsatətlə çıxış edib. Təqsirləndirilənin hüquqi varisi vəsatətə etiraz edib, dövlət ittihamçısı Eldar Həmzəyev isə vəsatətlə tanış olduqdan sonra buna münasibət bildirəcəyini söyləyib.
Sonra prokuror ittiham aktını elan edib. İttihama əsasən, Siyəzən rayonunda müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakini Rasim Məmmədov özünə məxsus "Opel-Vectra" markalı avtomaşında sərnişin qismində gedən DİN Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis baş serjantı Elçin İlyasovu mübahisə zəminində döyərək öldürüb.
Rasim Məmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 221-ci (xuliqanlıq) maddələri ilə təqsirləndirilir.
R.Məmmədov ona qarşı irəli sürülən ittihamlarla özünü təqsirli bilmədiyini söyləyib. O, E.İlyasovu qəsdən deyil, ehtiyatsızlıqdan öldürdüyünü bildirib: “O, mənim arvadıma sataşdı. Bu səbəbdən də mən ona kəllə zərbəsi vurdum. O da yerə yıxıldı. Lakin mən onu öldürmək məqsədi ilə vurmamışdım. İttihamda irəli sürülən xüsusi amansızlıqla cinayət törətmək maddəsi mənin üzərimdən götürülməlidir”.
Proses davam etdiriləcək
Fərid Əkbərov

1135