İrandan Azərbaycana silah gətirən qaçaqmalçıların məhkəməsi başlayıb
07 oktyabr 2009 13:00 (UTC +04:00)

İrandan Azərbaycana silah gətirən qaçaqmalçıların məhkəməsi başlayıb

Oktyabrın 7-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə silah gətirməkdə ittiham olunan mütəşəkkil dəstə üzvlərinin məhkəmə prosesi başlayıb.

Lent.az-ın-un məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçən prosesdə ifadə verən təqsirləndirilən şəxslər elan edilmiş ittiham üzrə özlərini qismən təqsirli biliblər.

Təqsirləndirilən şəxslər Tahir Əsədullayev, Anar Heydərov, Asif Pirəliyev, Musa Hacıyev, Rəşad Aslanov, Araz Şükürov, Vüqar İsayev, Elnur Şükürov və Rəşad Şükürov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 228.1, 228.2.1 və 228.2.2 –ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham olunurlar.

Proses oktyabrın 14-də davam etdiriləcək

Qeyd edək ki, təqsirləndirilən şəxslər bu ilin martında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar. Dəstə üzvlərindən 2 ədəd "TT" və "Makarov" markalı tapança, onların daraqları aşkar edilərək götürülüb.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 751

Oxşar yazılar