Bankdan 14 nəfərin adına pul götürdü, məhkəmə zalından azadlığa buraxıldı
Oktyabrın 6-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə "Muğan Bank"dan 14 vətəndaşın adına küllü miqdarda kredit pul götürərək, mənimsəməkdə ittiham olunan şəxsin məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, prosesdə Bakı sakini Şakir Əmirov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirli bilinib 7 il müddətinə şərti cəza alaraq, məhkəmə zalından azad edilib.
Qeyd edək ki, Ş.Əmirov 2008-ci ilin fevral və aprel ayları ərzində Bakı sakinləri Taleh Təhməzov, Gündüz İmanov, Vaqif Məmmədzadə, Mübariz Hüseynov, Ceyhun Hüseynov, Kamran Məmmədov, Fərhad Aslanov, Münəvvər Əliyeva, Təranə Vəliyeva, Şamama Həsənova, Nigar Babayeva, Həsənağa İbrahimov, Almaz Əbdülrəhmanova və Gülbəniz Quliyevanın adlarına "Muğan Bank" ASC-nin Binəqədi filialından kredit götürüb.
Hüquq-mühafizə orqanlarında bununla bağlı aparılan araşdırmalar nəticəsində Ş.Əmirovun bankdan götürdüyü həmin pulları mənimsədiyi məlum olub.
Əmirov 2008-ci ilin aprelin 21-də həbs edilib.
Fərid Əkbərov

Oxşar yazılar
Bakıda QƏZA: Xəsarət alan var
19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi
18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını vurub öldürdü
18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü
18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı
18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR
18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu
18 iyul 2025 , 19:23