Litva və Pakistan vətəndaşlarına hökm oxundu
Oktyabrın 6-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Litva və Pakistan vətəndaşlarının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçən prosesdə Litva vətəndaşı Turskis Tomas və Pakistan vətəndaşı Zahoor Xan Əhməd oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4-cü (qaçaqmalçılıq), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;)və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, T.Tomas uzunluğa tullanma üzrə dünya çempionu olub.
İttihama görə, adıçəkilən şəxslər şəxsiyyətləri istintaqla müəyyən edilməmiş İxrac, Arturas və Kristis adlı digər şəxslərlə mütəşəkkil dəstə yaradaraq, respublikanın gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə satış üçün qanunsuz olaraq külli miqdarda narkotik vasitəni Azərbaycana keçirməkdə günahlandırılırlar.
Zahoor Xan Əhməd oğlu may ayının ortalarında qanunsuz olaraq ümumi çəkisi 6,952 kq heroini İxracdan alıb və onun tapşırığı ilə mütəşəkkil dəstənin digər üzvü Turskis Tomasa çatdırmalıymış. Zahoor Xan Əhməd oğlu heroini Pakistandan İrana gətirib, oradan isə Astara Gömrük İdarəsinin ərazisindən, Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərkən yaxalanıb.
Fərid Əkbərov

Oxşar yazılar

Şərurun kəndlərinə sel gəldi-VİDEO
6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO
6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54