Şəki sakini özünü qumbara ilə partlatdı
42 yaşlı kişinin intiharının səbəbləri araşdırılır
Şəki sakini intihar edib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon Polis Şöbəsindən məlumat verilib.
Hadisə bu gün saat 09.30 radələrində Şəki şəhərində qeydə alınıb.
Şəki şəhər sakini, 1967-ci il təvəllüdlü Zakirov Rəhman Paşa oğlu özünü əl qumbarası ilə partladıb. Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanıb.
Hadisənin başvermə səbəbləri araşdırılır. Şəki rayon Prokurorluğunun müstəntiqi hazırda hadisə yerində işləyirlər.

459