2 qardaşın qatillərinin məhkəməsi başlayıb
Oktyabrın 5-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə iki qardaşı qətlə yetirməkdə ittiham olunan 8 nəfərdən ibarət dəstənin cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əfqan Mirzəyevin vəkili hüquqlarını müdafiə etdiyi şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrinin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsi ilə tövsif edilməsi vəsatəti ilə çıxış edib.
Məhkəmə vəsatətin məhkəmə istintaqı dövründə müzakirə olunacağını bildirib.
Proses oktyabrın 12-də davam etdiriləcək
Qeyd edək ki, bu ilin iyun ayının 4-də Əzizbəyov rayonu Mərdəkan qəsəbəsi, Xaşaxuna bağlarında aparılan abadlıq işləri ilə əlaqədar tikinti materialları üstündə 14 nəfər arasında baş vermiş kütləvi dava zamanı iki qardaş - sürücü işləyən Tərlan Cəfərov və qardaşı Musa Cəfərov qətlə yetirilib, daha iki nəfər isə ağır yaralanıb.
Cinayəti təqsirləndirilən şəxslər törədiblər.
Fərid Əkbərov

356