Adam oğurluğu və qətldə təqsirləndirilənlərə bəraət verildi
Oktyabrın 5-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə adam oğurluğu və qəsdən adamöldürmə cinayətlərində ittiham olunan dəstə üzvlərinə hökm oxunub.
Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxslər - Elsevər Məmmədov, Səbuhi Dəmirov və İsmayıl Quliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu)və 120.1-ci (qəsdən adamöldürmə) maddələri ilə ittiham olunublar. Məhkəmənin hökmü ilə cinayətdə iştirakının olduğu sübuta yetirilmədiyi üçün Kürdəmir rayon sakinləri Elsevər Məmmədov, İsmayıl Quliyev bəraət alıb. Səbuhi Dəmirova isə 15 il azadlıqdan məhrumetmə cəzası verilib.
Məhkəmə cinayət işinin istintaqını düzgün aparmadığı üçün Şirvan rayon prokurorunun müstəntiqi Vahid Əkbərov barəsində xüsusi qərardad çıxarıb. Cinayət işinin ibtidai istintaqını Kürdəmir Rayon Prokurorluğu, Şirvan Şəhər Prokurorluğu, Kürdəmir Rayon Polis İdarəsi, Ağsu Rayon Prokurorluğu və Bakının Nizami Rayon Polis İdarəsi aparıb.
Xatırladaq ki, prokuror Azər Osmanov təqsirləndirilən şəxslərin hər birinə 15 il cəza verilməsini istəyib.
Qeyd edək ki, dəstə üzvləri 2006-cı il fevralın 12-də Kürdəmir rayonunun Karrar kəndinin 10 yaşlı sakini Bəhruz Bağırzadəni tamah məqsədi ilə oğurlayaraq qətlə yetirməkdə təqsirləndiriliblər.
Fərid Əkbərov

Oxşar yazılar

Daşkəsəndə 23 yaşlı gənc sirkə turşusundan zəhərləndi
13 iyul 2025 , 00:12
Xaçmazda "Range Rover" çaya aşdı
12 iyul 2025 , 23:01
Gəncədə partlayışda ağır yaralanan kişi 8 gün sonra öldü
12 iyul 2025 , 22:01
Naftalan sanatoriyasında Özbəkistan vətəndaşının meyiti tapıldı
12 iyul 2025 , 21:55
Ağdaşda FACİƏ: 14 yaşlı yeniyetmə arxda boğuldu
12 iyul 2025 , 20:314 qutu prezervativə görə tutuldu - VİDEO
12 iyul 2025 , 20:00
Siyəzəndə müəmmalı ÖLÜM: ailəsi meyitini tapdı
12 iyul 2025 , 19:31