Qayınatasını və qaynını qətlə yetirən şəxsə ömürlük həbs
Zaur Həziyev, həmçinin 5 nəfəri yaralamaqda təqsirləndirilirdi
Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəmədə iki nəfəri qətlə yetirməkdə, beş nəfərə isə ağır xəsarət yetirməkdə ittiham olunan Zaur Həziyevə hökm oxunub.
Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum edilib.
İttihama əsasən, Z.Həziyev ötən il avqustun 15-də ailə münaqişəsi zəminində Beyləqan sakinləri, qayınatası Cavanşir Zeynalovu, qaynı Fədai Zeynalovu qətlə yetirib. Baldızları Mehriban Mirzəyeva, Nəsibə Zeynalova, qohumları Gülşən Zeynalova, Aygün Mirzəyeva, Xətai Mirəyevə isə ağır bədən xəsarətləri yetirib.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2-ci (qəsdən adam öldürməyə cəhd), 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə), 133. 1-ci (işgəncə vermə), 134.1-ci (öldürməklə və ya ağır xəsarət yetirmə ilə hədələmə), 127. 1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 315. 1-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələri ilə ittiham olunurdu.
Fərid Əkbərov

522