Generalın qətlinin araşdırılmasına xarici ekspertlər cəlb olunub
Respublikanın baş prokuroru Zakir Qaralov Hərbi Hava Qüvvələrinin komandanı, general Rail Rzayevin qətlinin araşdırılması mövzusunda açıqlama verib. Lent.az-ın məlumatına görə, baş prokuror jurnalistlərə açıqlamasında istintaq tədbirlərinin davam etdirildiyini, bu işin Azərbaycan Prezidentinin nəzarətində olduğunu bildirib: “İşin araşdırılmasına kömək məqsədilə xaricdən ekspertlər dəvət etmişik”.
Qaralovun sözlərinə görə, Rail Rzayev öldürüldükdən sonra onun otağından oğurluq edilib. Oğurluğu törədənlər - generalın köməkçisi Aydın Rəfiyev və yavəri Anar Həşimov saxlanılıb.
Fərid Əkbərov
Qaralovun sözlərinə görə, Rail Rzayev öldürüldükdən sonra onun otağından oğurluq edilib. Oğurluğu törədənlər - generalın köməkçisi Aydın Rəfiyev və yavəri Anar Həşimov saxlanılıb.
Fərid Əkbərov
708