Fərda Qədirova kömək edən 4 nəfər həbsdədir
01 oktyabr 2009 15:15 (UTC +04:00)

Fərda Qədirova kömək edən 4 nəfər həbsdədir

“Çalışacağıq ki, istintaq araşdırmaları bu ilin sonunadək başa çatsın”

Bu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) qanlı aksiya törədən Fərda Qədirovun Azərbaycana silah keçirməsində köməklik göstərmiş, hadisə barədə əvvəlcədən məlumatı olub xəbər verməmiş 4 nəfər həbs edilib. Lent.az-ın məlumatına görə, bu barədə respublikanın baş prokuroru Zakir Qaralov bildirib.

Onun sözlərinə görə, həmin şəxslər Nadir Əliyev, Ariz Qabulov, Cavidan Amirov və Nəcəf Süleymanovdur.

Z.Qaralov bildirib ki, işlə əlaqədar olaraq istintaq-əməliyyat qrupu Azərbaycanla yanaşı Gürcüstan, Ukrayna və Rusiyada da araşdırmalar aparıb, ümumilikdə 1600-dən çox şahid dindirilib, 60-dan çox ekpertiza keçirilib: “Çalışacağıq ki, istintaq araşdırmaları bu ilin sonunadək başa çatsın, bu işdə günahı olan hər kəs məsuliyyətə cəlb olunsun”.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 407

Oxşar yazılar