Mübariz Mənsimov Türkiyədən küsüb
Türkiyədə yaşayan azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov adının cinayət işinə qarışdığı barədə yayılan məlumatları təkzib edib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, iş adamı mütəşəkkil dəstənin başçısı olduğu iddia edilən biznesmen Sibel Çarmıqlı ilə heç bir münasibətinin olmadığını deyib.
“Söhbətin hansı ərazidən getdiyini bilmirəm, bizim İstanbulun Ulus səmtində 6 min kv.m-lik ərazimiz var. Burada keçmiş “İşıqlar Holdinq”ə aid 3 bloklu ofis vardı, qurumun iflasından sonra həmin binalar tender yolu ilə satışa çıxarıldı, tenderdə biz qalib gəldik. Həmin ərazidə Türkiyədə indiyədək olmayan Uşaq və Qadın Xəstəxanası tikdirmək istəyirdik. İnşaata başladıq, amma 2008-ci ildə Silahlı Qüvvələr tərəfindən həmin ərazidə tikinti aparılmasının qadağan edilməsi barədə dərkənar qoyuldu. Məsələ ilə bağlı Silahlı Qüvvələr müraciət etmişik, hələlik müzakirələr davam edir. Xəbərlərdə göstərilən ərazidən isə xəbərim yoxdur”, - deyə iş adamı əlavə edib.
Mənsimov iş qadını Sibel Çarmıqlı ilə görüşmədiyini vurğulayıb: “Onun “Palmali” ilə nə işi ola bilər? Neft satır, ya gəmisi var? Birlikdə görəcəyimiz iş yoxdur. Biz sadəcə, Türkiyədə yox, 45 ölkədə iş görürük. Heç bir dövlət orqanı mənə rüşvət və ya qanunsuz iş təklif edə bilməz. Bu məqsədlə ofisimə gələn adamı döyə-döyə polisə apararam. Lazım olsa, oranı yandıraram, amma kimsəyə rüşvət vermərəm”.
İş adamı deyib ki, dövlət bu işin ütünə getməlidir. Dövlət getməsə, Mənsimov bu işi özü araşdıracağını vurğulayıb: “Belə çirkin oyunların olduğu yerdə “Palmali” olmaz. Belə getsə, bundan sonra Türkiyəyə sərmayə qoymayacağam”.
Qeyd edək ki, Türkiyədə hüquq-mühafizə orqanlarının son günlərdə həyat keçirdiyi əməliyyat tədbirləri nəticəsində böyük bir cinayətkar dəstə zərərsizləşdirilib.
Lent.az-ın məlumatına görə, “Saxta cürük raporu çətəsi”nin (hərbi xidmətdən yayınmaq istəyənlərə saxta “hərbi xidmətə yararsız” arayışı verən mütəşəkkil dəstə) “Ergenekon”la bağlantıları üzə çıxıb. Bu iş üzrə yüksək rütbəli hərbçilər, yüksək vəzifəli məmurlar, tanınmış iş qadını Sibel Çaxmaqlı və onun oğlu da tutulub. Sibel Çaxmaqlı daha sonra sərbəst buraxılıb.
Türkiyənin “Akşam” qəzeti yazıb ki, bir iş adamı İstanbulun Beşiktaş rayonunda özünə məxsus bir ərazidə tikinti aparmaq istəyib. Lakin Türkiyə Hərbi Hava Qüvvələri iş adamının müraciətinə müsbət cavab verməyib. Həmin ərazidə inşaat işlərinin aparılmasının qanunsuz olduğunu bildirib.
Sözügedən iş adamı məsələni həll etmək üçün Sibel Çaxmaqlıya üz tutub. Öz növbəsində Çaxmaqlı hərbi prokuror, polkovnik Zəki Üçokla görüşüb və ərazidə tikinti aparılmasına icazə alıb.
Həmin iş adamının azərbaycanlı biznesmen Mübariz Mənsimov olduğu ortaya çıxıb. “Palmali” Şirkətlər Qrupunun rəhbəri olan Mənsimovun ifadə verməsi üçün polisə çağırılacağı bildirilir.

651