3 məhkəmə hakiminə töhmət verildi
Bir hakim barəsində isə intizam icraatı başlanılıb
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Bu barədə APA-ya Məhkəmə-Hüquq Şurasından məlumat verilib.
Məlumatda bildirilir ki, şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi barədə dövlət başçısının tapşırıqlarına əsasən görülən tədbirlərin ədalət mühakiməsinin səmərəliyinə əsaslı təsir göstərdiyi, yol verilən bir çox nöqsanların qarşısının qətiyyətlə alındığı, şikayətlərin sayının xeyli azaldığı qeyd olunub.
İclasda bununla belə bəzi hakimlər tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarının hələ də davam etdirildiyi bildirilib. Hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərini pozduqlarına görə Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Şahin Atakişiyevə, Binəqədi rayon Məhkəməsinin hakimi Rəsmiyyə Hüseynovaya və Gədəbəy rayon Məhkəməsinin hakimi Hüseyn Hüseynova töhmət verilib.
Həmçinin, Şurada qanunvericiliyin tələblərinin pozulması hallarına yol verdiyinə görə, bir hakim barəsində intizam icraatı başlanılıb.

Oxşar yazılar

Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə öldü
12 iyul 2025 , 09:38
Rusiyada aeroportda ƏMƏLİYYAT: iki azərbaycanlının malları əllərindən alındı
12 iyul 2025 , 09:35
Nadir Yalçına ağır itki
12 iyul 2025 , 09:16
İsmayıllıda zəlzələ oldu
12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi
12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar
11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ
11 iyul 2025 , 21:18