9 ayda korrupsiyaya görə 136 vəzifəli şəxs məsuliyyətinə cəlb edilib
Azərbaycanda 2009-cu ilin 9 ayında 136 vəzifəli şəxs korrupsiya hüquqpozmaları ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.
Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov deyib. Z.Qaralov Azərbaycanda korrupsiya hüquqpozmalarına qarşı ciddi mübarizə aparıldığını söyləyib:
“2009-cu ilin 9 ayı ərzində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 85 cinayət işi yekunlaşaraq məhkəməyə göndərilib. 136 müxtəlif dərəcəli vəzifəli şəxs isə cinayət məsuliyyətinə cəlb edilib. Hazırda korrupsiya ilə bağlı 32 cinayət işi icraatdadır. Biz bu istiqamətdə digər hüquq-mühafizə orqanları ilə birlikdə fəaliyyətimizi davam etdiririk”.
Fərid Əkbərov

362