Narkotik alverçilərinə həbs cəzası verildi
Oktyabrın 1-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana narkotik vasitə gətirən dəstənin üzvlərinə hökm oxunub.
Lent.az-ın məlumatına görə, məhkəmənin hökmü ilə Elşən Gəncəliyev və Ramil Fətiyevin hər birinə 9, Elşən Məmmədova 8 il azadlıqdan məhrum etmə cəzası verilib.
Qeyd edək ki, E. Gəncəliyev İrandan əldə etdiyi 415 qram heroini, 1000 qram tiryəki və 935,55 qram həşiş qətranını satış məqsədilə bu ilin fevralın 28-də qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Dəstənin digər üzvləri isə E. Gəncəliyevi sərhəddə qarşılayarkən yaxalanıblar.
İttiham aktına əsasən təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci (zərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 318.2-ci (Bu Məcəllənin 318.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə), 206.2 –ci (qaçaqmalçılıq) və 234.4.1, 234.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma abaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunublar.
Fərid Əkbərov

315