Rusiya DİN-in əməkdaşı Bakıda tutuldu
30 sentyabr 2009 18:15 (UTC +04:00)

Rusiya DİN-in əməkdaşı Bakıda tutuldu

Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşı Azərbaycanda saxlanılıb.


Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumatda bildirilir ki, Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin əməkdaşları şübhəli sürücünü saxlayıblar. Saxlanılan şəxsin Rusiya vətəndaşı, 1969-cu il təvəllüdlü Əfqan İsgəndər oğlu Müslümov olduğu müəyyənləşib. Saxlanılan şəxs polis əməkdaşlarına Rusiya Federasiyası (RF) Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı, milis kapitanı olduğunu deyib. Ə. Müslümov, həmçinin, işlədiyi RF DİN və Milis Veteranları Cəmiyyətinin üzvü olduğunu təsdiq edən vəsiqələri yol polislərinə təqdim edib.

Sənədlərin qanuniliyi şübhə doğurduğundan Ə. Müslimov BŞBPİ-nin Cinayət Axtarış Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda Ə. Müslimovun təqdim etdiyi vəsiqələrin qanuni olub-olmadığı araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 458

Oxşar yazılar