Cəlilabadda baş verən faciənin təfərrüatları məlum oldu
30 sentyabr 2009 17:35 (UTC +04:00)

Cəlilabadda baş verən faciənin təfərrüatları məlum oldu

Ölən və yaralananların sayı dəqiqləşdirilir

Cəlilabad rayonunun Badamağacı kəndində baş vermiş qeyri-adi faciə hadisəsinin təfərrüatları bəlli olub.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, bu quruma hadisə barədə xəbər sentyabrın 29-dan 30-a keçən gecə saat 01.00 radələrində daxil olub.

Belə ki, kənd ərazisindən keçən 10 min kilovoltluq elektrik naqili telefon xəttilə üst-üstə düşərək birləşməsi nəticəsində kənddəki onlarla sabit telefon dayanmadan zəng çalmağa başlayıb. Telefon aparatına yaxınlaşan şəxslər arasında ölən və yaralananlar olub. Ölənlər 1945-ci il təvəllüdlü Cəfərova Dilşad İlşi qızı və 1992-ci il təvəllüdlü Bəbirov Orxan Hakim oğludur.

İlkin məlumatda ölənlərin 10 nəfər olduğu bildirilsə də, hazırda onların sayının dəqiqləşdirildiyi qeyd edilib.

Faktla bağlı istintaq qrupu yaradılıb, araşdırmalar aparılır.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548

Oxşar yazılar