4 nəfər ömürlük həbsə məhkum oldu
Bu gün Ağır Cinayətlərə dair Məhkəmədə 2008-ci ilin dekabrında Oğuz rayonunda baş vermiş cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Lent.az-ın məlumatına görə, hökmə əsasən, Kamil Vahidov, Müşfiq Məmmədov, Səbuhi Məhəmmədəliyev və Ruslan Pirəliyev ömürlük azadlıqdan məhrum ediliblər.
İttiham aktına əsasən, bu şəxslər ötən ilin dekabrında ata və oğulu amansızlıqla qətlə yetirməkdə təqsirli bilinir. Onlar 72 yaşlı Kərim Kərimovu və onun 36 yaşlı oğlu Ruhini Oğuz şəhəri, Axundov küçəsi ev 20-də bıçaqla qətlə yetiriblər. Kərim Kərimovun həyat yoldaşı Əsli Qulu qızı Məmmədova isə ağır bədən xəsarətləri alıb.
Fərid

Oxşar yazılar

İsmayıllıda itkin düşən 40 yaşlı qadının yeri məlum oldu -YENİLƏNİB
13 iyul 2025 , 15:14
Naxçıvanda 34 yaşlı kişi qətlə yetirilib, onu öldürməkdə əmisi şübhəli bilinir
13 iyul 2025 , 13:21
Aeroport yolunda QƏZA
13 iyul 2025 , 12:42
Sumqayıtda güllələnmə: bir nəfər öldü
13 iyul 2025 , 11:50
Qazaxda əkin sahəsində FACİƏ: traktorda kişi meyiti tapıldı
13 iyul 2025 , 11:34
Ölkədən qaçmaq üçün qayınanası ilə evləndi
13 iyul 2025 , 11:28
Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU - YENİLƏNİB
13 iyul 2025 , 08:08