Novruzəli Məmmədovun ölümü ilə bağlı araşdırma başa çatıb
30 sentyabr 2009 16:34 (UTC +04:00)

Novruzəli Məmmədovun ölümü ilə bağlı araşdırma başa çatıb

İş üzrə cinayət işinin başlanması rədd edilib

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun sabiq bölmə müdiri, “Tolişi Sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovun ölümü ilə bağlı aparılan araşdırmalar artıq başa çatıb.

Bu barədə APA-ya Nizami rayon prokurorunun köməkçisi Nəsir Fərzəliyev məlumat verib.

Prokuror köməkçisinin sözlərinə görə, N.Məmmədovun xəstəlikdən dünyasını dəyişdiyi dəqiqləşib: “Ölüm hadisəsi tərəfimizdən obyektiv araşdırılıb. Hadisəni araşdıran istintaq qrupunun gəldiyi qənaətə görə, Məmmədov baş beynin işemik infarktından dünyasını dəyişib. Məhz buna görə də ölüm hadisə ilə bağlı cinayət işinin başlanması rədd edilib”.

Qeyd edək ki, Novruzəli Məmmədov bu il avqustun 17-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində dünyasını dəyişib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, dini düşmənçiliyi yayma) maddələri ilə ittiham olunaraq, 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var

Qubada evdə partlayış - Yaralanan var

15 dekabr 2024 , 13:09
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46